Bakının Suraxanı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az xəbər verir ki, 26 yaşlı Tehran Seyidov idarə etdiyi “Renault Megane” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yolun sağ tərəfində olan ağaca çırpılıb. Qəza zamanı avtomobilin ön oturacağında əyləşən 45 yaşlı Eşqin Qasımov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.