Bakıda çay evində DAVA:  Müdir müştəriləri bıçaqladı -YENİLƏNİB
21 iyun 2023 09:35 (UTC +04:00)

Bakıda çay evində DAVA: Müdir müştəriləri bıçaqladı -YENİLƏNİB

0

Bakıda çay evində bıçaqlanma olub.

Lent.az xəbər verir ki, hadisə Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən "Naxış" çay evində qeydə alınıb.

Çay evinin icarədarı Hüseyn Baratov obyektə müştəri qismində gələn Cavid Quliyev və Kamil Ağayevlə mübahisə edib. Mübahisə zamanı Hüseyn Baratov bıçaqla Cavid Quliyevə xəsarət yetirib.

Faktla bağlı cinayət işi başlanılıb.

***

02:58

Bakının Nəsimi rayonunda dava zamanı iki nəfər bıçaqlanıb.

Lent.az xəbər verir ki, hadisə metronun "Memar Əcəmi" stansiyası yaxınlığında baş verib.

Belə ki, çayxanada müştərilər arasında dava düşüb.

Hadisə zamanı 1993-cü il təvəllüdlü Quliyev Cavid Vahid oğlu və 1991-ci il təvəllüdlü Ağayev Kamil İsmayıl oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4563

Oxşar yazılar