Bakıda DƏHŞƏT:  sürücü avtomobilində yanıb öldü - YENİLƏNİB
03 dekabr 2025 09:57 (UTC +04:00)

Bakıda DƏHŞƏT: sürücü avtomobilində yanıb öldü - YENİLƏNİB

0

Bakı şəhərinin Qaradağ rayonunda "DongFeng" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilib.

Qeyd edilib ki, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

07:57

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində minik avtomobili yanıb.

Lent.az xəbər verir ki, yanğın zamanı avtomobilin içərisində 1 nəfərin yanmış meyiti aşkar edilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, meyiti tapılan şəxs avtomobilin sürücüsü olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1158

Oxşar yazılar