Bakıda itən qız   Xırdalanda özünü binadan atdı
30 may 2023 14:04 (UTC +04:00)

Bakıda itən qız Xırdalanda özünü binadan atdı

Abşeronda intihar hadisəsi baş verib.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Xırdalan şəhərində qeydə alınıb. 25 yaşlı Rüqayib Əli qızı Rzayeva 15 mərtəbəli binanın damından özünü atıb. Nəticədə o aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.

Məlumata görə, R.Rzayeva 4 gün əvvəl itkin düşübmüş. Onun itkin düşməsi barədə Bakının Suraxanı rayon Polis İdarəsinə məlumat daxil olub. İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3903
avatar

Arzu Qurbanlı

Oxşar yazılar