Bakıda KÜTLƏVİ DAVA : 7 nəfər saxlanıldı - VİDEO  - YENİLƏNİB
06 iyun 2026 21:20 (UTC +04:00)

Bakıda KÜTLƏVİ DAVA: 7 nəfər saxlanıldı - VİDEO - YENİLƏNİB

0

Bakıdakı kütləvi davaya görə 7 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, hadisə iştirakçılarından 7 nəfər saxlanılıb. 

Fakta görə Suraxanı rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

***

20:33

Bakıda kütləvi dava olub. 

Lent.az xəbər verir ki, sosial şəbəkələrdə kütləvi davanın görüntüləri yayılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, iyunun 5-də Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində baş vermiş insidentlə bağlı polisə müraciət daxil olub. 

Müraciət əsasında araşdırma başlanılıb, hadisə yerinə baxış keçirilib, iştirakçıların izahatları alınıb və müvafiq ekspertizalar təyin edilib. 

Müəyyən olunub ki, hadisə tərəflər arasında yaranmış mübahisə zəminində baş verib. Mübahisə zamanı iştirakçılar qarşılıqlı olaraq bir-birilərinə xəsarətlər yetiriblər.

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 530

Oxşar yazılar