Bakıda məktəbin qarşısında QANLI DAVA: şagird bıçaqlandı  - YENİLƏNİB
17 oktyabr 2025 12:50 (UTC +04:00)

Bakıda məktəbin qarşısında QANLI DAVA: şagird bıçaqlandı - YENİLƏNİB

0

Bakı şəhər Təhsil İdarəsi məktəblinin bıçaqlanması faktına münasibət bildirib.

Qurumdan Lent.az-a verilən məlumata görə, oktybarın 15-də dərsdən kənar vaxtda (saat 16:00 radələrində) məktəbdənkənar ərazidə 274 nömrəli məktəbin X sinif şagirdi tərəfindən (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) 306 nömrəli məktəbin şagirdinin qardaşına xəsarət yetirilməsi haqqında məlumat daxil olub.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparıldığını nəzərə alaraq ictimaiyyətin bu mövzuda daha həssas davranması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur.

***

saat 10:00

Bakıda məktəblilər arasında bıçaqlanma hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, 28 May qəsəbəsindəki orta məktəbin qarşısında qeydə alınıb.

Məktəbin 11-ci sinif şagirdi, 2008-ci il təvəllüdlü M.S sinif yoldaşı D.X. ilə mübahisə edib. Mübahisə nəticəsində onlardan biri digərini bıçaqlayıb.  

Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini S.Sadıqov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1860

Oxşar yazılar