Prokurorluq Bakıda ofisiantların ölümü ilə bağlı məlumat yayıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a bildirilib ki, noyabrın 21-də paytaxtın Binəqədi rayonu, Xırdalan-Binəqədi şosesinin 4-cü kilometrliyində yerləşən "Lake Hotel"in işçiləri - 1997-ci il təvəllüdlü Cavidan Muradlı, 2005-ci il təvəllüdlü Emil Quliyev, 2006-cı il təvəllüdlü Eltac Əliyev və 2007-ci il təvəllüdlü Əkbər Zeynalovun qeyd olunan hotelin qarsısında iş görən zaman elektrik cərəyanı vurması nəticəsində ölmələri faktına görə Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarının pozulması ehtiyatsızlıqdan 2 və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.
***
saat 14:13
Bakının Binəqədi rayonunda elektrik cərəyanı vurması nəticəsində ölən ofisiantların adları məlum olub.
Lent.az xəbər verir ki, onlar - 18 yaşlı Əkbər Zeynalov, 19 yaşlı Eltac Əliyev, 20 yaşlı Emil Quliyev və 27 yaşlı Cavidan Muradlıdır.
***
saat 13:20
Bu gün Binəqədi rayonu, Biləcəri qəsəbəsində faciəvi hadisə baş verib.
Lent.az xəbər verir ki, Binəqədi şosesində yerləşən “Lake Hotel” şadlıq sarayının yaxınlığında qeydə alınıb.
Restoranın 4 əməkdaşını cərəyan vuraraq öldürüb. /qafqazinfo