Prezident paytaxtın köçürülməsi təklifini  yenidən gündəmə gətirdi
21 noyabr 2025 08:24 (UTC +04:00)

Prezident paytaxtın köçürülməsi təklifini yenidən gündəmə gətirdi

0

İran prezidenti Məsud Pezeşkian ölkənin paytaxtı Tehranın başqa yerə köçürülməsinin vacibliyini bir daha vurğulayıb.

Lent.az xəbər verir ki, bu barədə Fars xəbər agentliyinin məlumatında deyilir.

Məlumata görə, prezidentin bu istəyi şəhərin əhalisinin həddindən artıq olması və su çatışmazlığı ilə əlaqədardır.

Pezeşkian bildirib ki, şəhər əhalisi artmağa davam edərsə, su ehtiyatları bütün sakinləri təmin etmək üçün kifayət etməyəcək.

"Bizim başqa seçimimiz yoxdur. Bu, zərurətdir", - prezident bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 143

Oxşar yazılar