Bakıda üç avtomobil toqquşdu
05 iyul 2025 03:08 (UTC +04:00)

Bakıda üç avtomobil toqquşdu

Bakının Nərimanov rayonunda 3 avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, qəza Heydər Əliyev prospektində qeydə alınıb.

İlkin məlumata görə, yüksək sürətlə hərəkətdə olan minik avtomobilinin sürücüsü idarəetməni itirib və nəticədə toqquşma baş verib.

Hadisə nəticəsində bir nəfər xəsarət alıb. Qəza zamanı avtomobillərə və yol təsərrüfatına ciddi ziyan dəyib.

Hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunub, ərazidə yaranan süni tıxacın aradan qaldırılması üçün nəqliyyat vasitələri operativ şəkildə evakuasiya edilib.

Qəzanın dəqiq səbəbləri araşdırılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 698

Oxşar yazılar