Bakıda evdən meyit tapılıb.
Lent.az-ın məlumatına görə, hadisə Səbail rayonu İstiqlaliyyət küçəsində qeydə alınıb.
68 yaşlı Fəridə Kamil qızı Hüseynovanın meyiti yaşadığı evdə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Onun nədən öldüyü isə bəlli deyil.
Araşdırma aparılır.