Bayram təmizliyi aparan qadın faciəvi şəkildə  öldü
15 iyun 2024 14:31 (UTC +04:00)

Bayram təmizliyi aparan qadın faciəvi şəkildə öldü

Türkiyədə bayram təmizliyi aparan qadın faciəvi şəkildə ölüb.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə Bursa şəhəri Osmanqazi qəsəbəsində baş verib. 58 yaşlı Gülnaz Gülər bayram təmizliyi üçün şüşələri silməkdən ötrü pəncərəyə çıxıb. Bir anda qadın müvazinətini itirib və birinci mərtəbədəki pəncərədən yıxılıb.

Hadisə yerinə gələn həkimlər onun öldüyünü müəyyən ediblər.

Qeyd olunur ki, qadın 2 uşaq anası olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2193
avatar

Oxşar yazılar