Almamalı olduğunuz təhlükəli  "Yolka" bəzəkləri
16 dekabr 2025 18:55 (UTC +04:00)

Almamalı olduğunuz təhlükəli "Yolka" bəzəkləri

0

Yeni il bayramları yaxınlaşdıqca mağazaların rəflərində "yolka" bəzəklərinin sayı da artır. Lakin bütün oyuncaqlar eyni dərəcədə təhlükəsiz deyil. Ucuz və keyfiyyətsiz bəzəklər tərkibində zəhərli kimyəvi maddələr və tez qırılan şüşə elementlər daşıya bilər ki, bu da uşaqlar və ev heyvanları üçün ciddi risk yaradır.

Lent.az xarici mediaya istinadla hansı "yolka" oyuncaqlarından uzaq durmaq və onların əvəzinə nələri seçmək lazım olduğu barədə məlumat verir.

Şüşə və kövrək bəzəklər

Şüşə şarlar asanlıqla sınır və yaranan iti qırıqlar uşaqları və ev heyvanlarını yaralaya bilər. Bundan əlavə, şüşə oyuncaqlar plastiklə müqayisədə daha ağırdır. Bu isə nazik və ya qurumuş budaqların əyilməsinə, nəticədə bəzəklərin yerə düşməsinə səbəb ola bilər.

Belə oyuncaqların saxlanması da əlavə diqqət tələb edir. Azacıq təzyiq zamanı belə çatlama riski olduğundan onlar üçün ayrıca qutular lazımdır. Ev heyvanları olan ailələrdə risk daha da artır, çünki pişiklər və itlər "yolka"ya toxunaraq oyuncaqları sala və sındıra bilərlər.

Mütəxəssislər uşaqlı və ev heyvanlı ailələr üçün möhkəm və təhlükəsiz plastikdən hazırlanmış oyuncaqları tövsiyə edir. Bu cür bəzəkləri sındırmaq demək olar ki, mümkün deyil. Taxta "yolka" oyuncaqları da yaxşı alternativ sayılır. Onlar yüngül, davamlıdır və yerə düşdükdə asanlıqla zədələnmir.

Alış zamanı oyuncaqları diqqətlə yoxlamaq məsləhətdir. Yeni il bəzəkləri kəskin qoxu yaymamalı, boyası əllərdə iz buraxmamalı, parıltılar isə asanlıqla tökülməməlidir.

Mişura və “yağış” bəzəkləri

Parlaq mişura və "yolka" “yağışı” uşaqların və ev heyvanlarının diqqətini cəlb edir. Onların udulması bağırsaq zədələnmələrinə və boğulma riskinə səbəb ola bilər. Bu təhlükə yalnız heyvanlar üçün deyil, insanlar üçün də keçərlidir.

Məlumata görə, mişura çox nazik metal materialdan hazırlanır və selikli qişanı, daxili orqanları zədələyə bilər. Xüsusilə pişiklər bu cür bəzəkləri çeynəməyə meyllidir. Mişuranın ucu ağıza düşdükdən sonra onu çıxarmaq demək olar ki, mümkün olmur.

Yeməli "yolka" bəzəkləri

Qeyd olunur ki, bəzi insanlar "yolka"da konfet və ya kiçik şokoladlar asmağı sevir. Lakin bu cür yeməli bəzəklər zəhərlənmə riskini artırır.

Şirniyyatlar qoxu yayaraq evə həşəratları və gəmiriciləri cəlb edə bilər. Təbii şirniyyatlar və peçenyelər isə kövrək və yapışqan olur. Asanlıqla "yolka"dan düşür, xırdalanır və ətrafa yayılaraq əlavə çirk və tez-tez təmizlik ehtiyacı yaradır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 242

Oxşar yazılar