Biləsuvarda DƏHŞƏT:  16 yaşlı oğlan 44 yaşlı kişini öldürdü
13 avqust 2026 20:59 (UTC +04:00)

Biləsuvarda DƏHŞƏT: 16 yaşlı oğlan 44 yaşlı kişini öldürdü

0

Biləsuvarda qətl törədilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 20 radələrində rayonun Dərvişli kəndi ərazisində qeydə alınıb. 

Kənd sakini, 1982-ci il təvəllüdlü Şölət Rüstəmlinin kənd ərazisində kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. 

Münaqişə zəminində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən 16 yaşlı S.Ş polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib. 

Araşdırma aparılır.


***
20:49

Biləsuvarda kənd sakinləri arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Dəvrişli kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakinləri arasında yaranan mübahisə zamanı bir kişi bıçaqlanıb.

Bıçaq xəsarəti alan kişi rayon xəstəxanasına aparılarkən yolda ölüb.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 368

Oxşar yazılar