Bu dəfə xoşbəxt SONLUQ  - itən uşaq...
27 aprel 2022 09:27 (UTC +04:00)

Bu dəfə xoşbəxt SONLUQ - itən uşaq...

İmişlidə itkin düşən azyaşlı tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, aprelin 26-da axşam saatlarında İmişli rayon sakini Y.Rəhimov rayon Polis Şöbəsinə övladının itməsi barədə məlumat verib.

Rayon Polis Şöbəsinin və İmişli rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş təxirəsalınmaz axtarış tədbirləri nəticəsində uşaq qısa müddətdə rayon ərazisində tapılaraq şöbəyə gətirilib.

Polis əməkdaşları tərəfindən azyaşlının ailəsi ilə əlaqə saxlanılıb və övladları tam sağlam olaraq ailəsinə təhvil verilib.

# 3108
avatar

Mehman Nəbiyev

Oxşar yazılar