Bu həftəsonu da qansız ötmədi – Yol polisi işini düz qurmur?
25 aprel 2022 09:42 (UTC +04:00)

Bu həftəsonu da qansız ötmədi – Yol polisi işini düz qurmur?

Yol qəzaları və əsas da piyada ölümləri ölkənin ən ciddi problemləri olaraq qalmaqda davam edir. Bununla bağlı sual dəfələrlə məsul şəxslərə yönəlsə də düzü yetərli cavab alınmayıb hələ. Yol polisi işini düz qurmur? Ya...

Sürücü deyir günah piyadadır. Lap məşhur deyimdə olduğu kimi, “günah öləndədir”. Bəs görəsən günahkar kimdir?

***

Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində törədilən 146 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 55 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 39 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 95, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 131 nəfər saxlanılıb.

Xatırladaq ki, xüsusən də, həftəsonları ağır yol qəzaları daha çox olur. Buna səbəb isə əsasən, rayonlara səfərlərin artmasıdır.

# 2211
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

18 may 2024 , 16:09
İntihara cəhd edən Dilarədən ETİRAF

İntihara cəhd edən Dilarədən ETİRAF

18 may 2024 , 14:27
Dələduzluğa görə axtarışda olanlar tutuldu

Dələduzluğa görə axtarışda olanlar tutuldu

18 may 2024 , 14:21
Sumqayıtda itkin düşən ana və 2 övladı  tapıldı

Sumqayıtda itkin düşən ana və 2 övladı tapıldı

18 may 2024 , 13:46
Tərtərdə qız öz evindən  oğurluq etdi

Tərtərdə qız öz evindən oğurluq etdi

18 may 2024 , 13:15
Lökbatanda "Prius" "KamAZ"la  toqquşdu: 1 ölü, 4 yaralı

Lökbatanda "Prius" "KamAZ"la toqquşdu: 1 ölü, 4 yaralı

18 may 2024 , 12:24
Bakıda usta işlədiyi evi qarət etdi - VİDEO

Bakıda usta işlədiyi evi qarət etdi - VİDEO

18 may 2024 , 12:19
Bakıda itkin düşənlər tapıldı

Bakıda itkin düşənlər tapıldı

18 may 2024 , 12:00