Cəlilabadda ev yandı
09 noyabr 2026 17:09 (UTC +04:00)

Cəlilabadda ev yandı

0

Cəlilabadda yaşayış evində yanğın olub.

Lent.az-ın verdiyi xəbərə görə, yanğın Üçtəpə kəndində fərdi yaşayış evində baş verib.

Famil Rzayevə məxsus ümumi sahəsi 80 kvadratmetr olan birmərtəbəli evdə qəfil yanğın başlayıb. Nəticədə evin 16 kvadratmetrlik hissəsi yanıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 296

Oxşar yazılar