Elektrik kəsildiyi üçün intihar etmək istədi
24 yanvar 2022 20:42 (UTC +04:00)

Elektrik kəsildiyi üçün intihar etmək istədi

Ağcabədidə intihara cəhd edən şəxsi fikrindən daşındırmaq mümkün olub

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, rayonun Hindarx sakini 1995-ci il təvəllüdlü  Savalanov Tural Elzamin oğlu  intihara cəhd edib.

Hadisəyə şahid olan kənd sakinləri bu barədə  FHN-nin Qarabağ Regional Mərkəzinə xəbər verib.  Hadisə yerinə gələn xilasedicilər T.Savalanovu intihar etməsinin qarşısını alıb. T.Savalanov ilkin  ifadəsində elektrik enerjisinin kəsildiyi üçün intihar etmək istədiyini deyib. 

Faktla bağlı araşdırma başlanıb.

# 1620
avatar

Oxşar yazılar