Füzuli və Xocavənddə yanğın törədənlər  saxlanıldı
10 sentyabr 2025 11:55 (UTC +04:00)

Füzuli və Xocavənddə yanğın törədənlər saxlanıldı

0

Sentyabr ayının 9-da Füzuli rayonunun Əhmədalılar və Xocavənd rayonun Qırmızı Bazar qəsəbəsinin ərazisində yanğın hadisəsi törədən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar. 

Lent.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, araşdırmalarla yanğını müvafiq olaraq 1964-cü il təvəllüdlü Süleyman Məmmədov və 24 yaşlı Kənan Abdullayevin törətdikləri müəyyən olunub. Hər iki hadisə nəticəsində 1 hektardan artıq ərazidə quru ot sahəsi yanıb. Onların barəsində inzibati qanunvericiliyə uyğun 400 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 262

Oxşar yazılar