Gədəbəydə kişi yaşadığı evin həyətində ölü halda tapılıb.
Lent.az xəbər verir ki, hadisə Söyüdlü kəndində qeydə alınıb.
Kənd sakini 61 yaşlı Nazim Abbas oğlu Qasımovun meyiti yaşadığı evin həyətində tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Mərhumun nədən öldüyü bilinmir.
Araşdırma aparılır.