Gəncədə uçqun zamanı xəsarət alanların adları məlum olub
Gəncədə söküntü işləri aparılan evdə baş verən uçqun zamanı xəsarət alanların adları məlum olub.
Lent.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, 2002-ci il təvəllüdlü S.Məmmədov, 2003-cü il təvəllüdlü K.Məmmədov və 2004-cü il təvəllüdlü T.Kərimov xəsarət alıblar.
Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
***
15:27
Xəbərə fotolar əlavə edilib.
***
14:44
Gəncədə bədbəxt hadisə baş verib.
Lent.az-ın xəbərinə görə, hadisə şəhərin Cavad xan qəsəbəsində qeydə alınıb.
Həmin ərazidə ev söküntüsü zamanı uçqun olub. Nəticədə usta 40 yaşlı T.Kərimov dağıntılar altında qalaraq ölüb.
Məlumata görə, 3 nəfər xilas olub. Dərhal əraziyə FHN Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin xilasediciləri cəlb edilib. Ərazidə xilas etmə işləri gedir./APA