Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Chevrolet Cruze” markalı minik avtomobili digər minik avtomobili ilə toqquşub. Qəza nəticəsində bir nəfər xəsarət alıb.
Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.