Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Hərəkətdə olan motosiklet idarəetməni itirərək yolun kənarına aşıb. Qəza nəticəsində 2005-ci il təvəllüdlü sürücü K. Tanırverdiyev xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib və vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.