Gəncədə Özbəkistan vətəndaşının törətdiyi qəzada daha bir nəfər öldü
06 avqust 2023 10:00 (UTC +04:00)

Gəncədə Özbəkistan vətəndaşının törətdiyi qəzada daha bir nəfər öldü

Gəncədə iki gün əvvəl baş verən qəzada xəsarət alaraq xəstəxanaya yerləşdirilən qadın orada ölüb.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə,  1994-cü il təvəllüdlü Özbəkistan Respublikasının vətəndaşı Tuhktaev Habibjon Hamro oğlu sərxoş vəziyyətdə idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə avqustun 5-də Atatürk prospekti ilə hərəkətdə olarkən idarəetməni itirərək yolun sağ kənarında olan işıq dirəyinə, daha sonra isə ağaca çırpılıb.

Nəticədə avtomobildə olan sərnişin - 1989-cu il təvəllüdlü Abdullayev Emil Cavanşir oğlu almış olduğu xəsarətlərdən hadisə yerində ölüb. Sürücü Nabibjon Tuhktaev və bir azyaşlı olmaqla iki nəfər xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hadisə nəticəsində 1999-cu il təvəlüdlü Lətifova Ayşən Mövsüm qızı aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Habibjon Tuhktaev şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Gəncə şəhər BPİ-nin İTİ-də CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

# 1974
avatar

Oxşar yazılar