Goranboyda dəhşətli qətliam-YENİLƏNİB
06 fevral 2022 18:28 (UTC +04:00)

Goranboyda dəhşətli qətliam-YENİLƏNİB

Goranboyda baş verən hadisədə ölənlərin adları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, bıçaqlanaraq öldürülənlər Goranboy rayon Qarasüleymanlı kənd sakinləri 1960-cı il təvəllüdlü Namazova Səlmi Rəcəb qızı və qardaşı 1970-ci il təvəllüdlü Namazov Pərviz Rəcəb oğludur.

Hadisəni törədən isə mərhumları həmkəndliləri 1965-ci il təvəllüdlü Haqverdiyev İlham Şahverdi oğludur.

İ. Haqverdiyev hər iki şəxsi soyuq silahla qətlə yetirib. Hadisənin torpaq sahəsi üstündə baş verdiyi deyilir.

O, polis tərəfindən saxlanıb.

***

saat 18.09

Goranboyda qətl hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Qarasüleymanlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, hadisə torpaq mübahisəsi ilə bağlı baş verib və 2 nəfər bıçaqlanaraq öldürülüb.

Ölənlərin bacı və qardaş olduğu bildirilir.

Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.

# 6891
avatar

Oxşar yazılar