Göyçayda qanunsuz yollarla ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb.
DİN mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən xəbərə görə, görülən tədbirlərlə 22 yaşlı Hüseyn Əliyev və həmyaşıdı Telman Mehdiyev saxlanılıblar. Onlardan 8 kiloqramdan artıq marixuana və 1 kiloqrama yaxın tiryək aşkarlanıb. Saxlanılan şəxslər narkotikləri satış məqsədilə əldə etdiklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
