Gürcüstanda elektrik PROBLEMİ: Bakı-Tbilisi qatarı  yolda qaldı
25 iyul 2026 16:25 (UTC +04:00)

Gürcüstanda elektrik PROBLEMİ: Bakı-Tbilisi qatarı yolda qaldı

0

Bu gün səhər saatlarında Gürcüstanda Qardabani-Tbilisi dəmir yolu sahəsində elektrik enerjisi təchizatında problem olduğundan Bakı-Tbilisi qatarının hərəkətində gecikmə qeydə alınıb.

Azərbaycan Dəmir Yolları QSC-dən Lent.az-a bildirilib ki, problemin həlli yubandığı üçün gözləmək istəməyən sərnişinlərin Qardabanidə düşməsinə şərait yaradılıb.

Qatar Tbilisiyə 2 saat 30 dəqiqə gecikmə ilə çatıb.

Qeyd edək ki, iyulun 24 və 25-də Gürcüstanda bütün ölkə ərazisində elektrik kəsintiləri yaşanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 438

Oxşar yazılar