"İdrak"da müəllimini güllələyən  şagirdin məhkəməsi BAŞLADI
05 iyun 2026 12:13 (UTC +04:00)

"İdrak"da müəllimini güllələyən şagirdin məhkəməsi BAŞLADI

0

Bakı Ağır Cinayətlər Məhkəməsində "İdrak" liseyində müəllimi güllələməkdə təqsirləndirilən şagird Ə.Ş-nin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Lent.az xəbər verir ki, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib. Daha sonra təqsirləndirilən şəxsin qanuni nümayəndəsi kimi anası tanınıb. Məhkəmə tərkibi müdafiə vəkilinin ölkə xaricində olması səbəbindən prosesdə iştirak etməməsinə görə proses 17 iyun saat 12:15-ə  təyin olunub.

Xatırladaq ki, hadisə 2026-cı ilin fevralın 6-da paytaxtın Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində baş verib.

Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, məktəbdə şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Fevralın 7-si Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 362

Oxşar yazılar