İldırım çaxdı, Tovuzda ev yandı- 10 nəfər xəstəxanalıq oldu
19 iyul 2026 15:54 (UTC +04:00)

İldırım çaxdı, Tovuzda ev yandı- 10 nəfər xəstəxanalıq oldu

2

Tovuzda fərdi evdə yanğın olub, 10 nəfər zəhərlənib.

Lent.az-ın xəbərinə görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb.

Ehtimala görə ildırım çaxmasından sonra kənd sakini İlham Əhmədova məxsus ikimərtəbəli evin birinci mərtəbəsində naqillərdə qısaqapanma baş verib və yanğın başlayıb. Hadisə baş verən zaman evdə heç kim olmayıb.

Əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin yanğın söndürən briqadası alovu söndürərək ətraf ərazilərə keçməsinin qarşısını alıblar. Hadisə nəticəsində birinci mərtəbəsindəki mətbəx və zalın yanar konstruksiyaları,  məişət avadanlıqları tamamılə yanıb. Alovu söndürmək üçün köməyə qonşular da gəlib. Nəticədə 10 nəfərə yaxın şəxs tüstüdən zəhərlənərək Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.

Onlara lazımı tibbi yardımlar göstərilib və ambulator şəraitdə müayinə üçün evə buraxılıblar.

Hadisənin dəqiq baş vermə səbəbləri Tovuz Rayon Polis şöbəsində araşdırılır.

 

Fuad Nazimoğlu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 1884

Oxşar yazılar