İranın Məşhəd şəhərində 30 yaşlı polis əməkdaşı yandırılıb.
Lent.az MOUZE telegram kanalına istinala bildirir ki, hadisə yerli polis əməkdaşının bir minik avtomobilini qanunsuz saxlayaraq yoxlama aparması zamanı baş verib.
Məlumata görə, avtomobilin sürücüsü axtarışa etiraz edib və gözlənilmədən polis əməkdaşının üzərinə benzin tökərək onu yandırıb. Hadisə yerinə gələn digər hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal müdaxilə edib və sürücüyə atəş açıblar.
Yaralanan polis əməkdaşı və sürücü təcili olaraq xəstəxanaya yerləşdirilib.