Bakıda kafenin sanitar qovşağında kişi meyiti tapılıb.
Lent.az-ın məlumatına görə, hadisə Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən kafelərdən birində qeydə alınıb.
Abşeron rayon sakini 51 yaşlı N. Namazovun meyiti sanitar qovşaqda aşkarlanıb. Onun ürək çatışmazlığından öldüyü bildirilir.
Araşdırma aparılır.