“KamAZ” minik avtomobilinin üzərinə aşdı-FOTO
24 mart 2023 01:17 (UTC +04:00)

“KamAZ” minik avtomobilinin üzərinə aşdı-FOTO

Bakının Suraxanı rayonunda yol qəzası baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, qəza Əmircan qəsəbəsində qeydə alınıb.

Belə ki, “KamAZ” markalı yük avtomobilinin sürücüsü sükana nəzarəti itirib. İdarəetmədən çıxan yük maşını eyni istiqamətdə olan “Honda” markalı nəqliyyat vasitəsinin üzərinə aşıb. Qəza nəticəsində minik avtomobilinə ciddi ziyan dəyib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
 

# 1896
avatar

Oxşar yazılar