Onlayn qumar və mərc oyunlarına qarşı DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatla saxlanılan 43 yaşlı Həsən Səbili məhkəmə qarşısına çıxarılıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 193-1.3.2, 244-1.2.2 və 244-1.2.4-cü maddələri üzrə təqsirli bilinib.
Məlum olub ki, H.Səbili 2025-ci il ərzində müxtəlif maliyyə əməliyyatları aparmaqla 646 min 761,33 manat məbləğində pul vəsaitlərinin izinin itirilməsinə nail olub. Bu üsulla müştərilərin “7isles” adlı onlayn kazino veb-saytında qumar oyunu oynamalarını təmin etməklə internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə edərək qumar oyunları təşkil etmək və keçirməklə ümumilikdə xeyli miqdarda, yəni 646 min 761,33 manat pul vəsaitini leqallaşdırıb.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H. Səbiliyə 7 il 6 ay həbs cəzası verilib.