Kirayə qaldığı evdə ölü tapıldı
31 yanvar 2023 14:26 (UTC +04:00)

Kirayə qaldığı evdə ölü tapıldı

Bakıda evdən meyit tapılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Pirallahı rayonu 40-cı məhəllədə qeydə alınıb.

Orada yerləşən mənzillərin birində naməlum kişi meyiti aşkar edilib. Araşdırmalar nəticəsində meyitin tapılan şəxsin Qazax rayon sakini 60 yaşlı Elşən Həsənov olması müəyyən edilib. Mərhum həmin evdə kirayə qalırmış.

Faktla bağlı araşdırma aparılır.

# 1869
avatar

Sevinc Fərid

Oxşar yazılar