Köpəkbalığı çimərlikdə 2 nəfəri parçaladı - VİDEO
05 iyun 2026 17:50 (UTC +04:00)

Köpəkbalığı çimərlikdə 2 nəfəri parçaladı - VİDEO

0

Braziliyanın Pernambuku ştatının sahillərində son 2 gündə köpək balığı 2 dəfə insanlara hücum edib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, ilk hadisə Resifi şəhərində yerləşən məşhur Boa Viajem çimərliyində qeydə alınıb.

19 yaşlı Vitoriya de Lima Santos sahilə yaxın ərazidə üzərkən köpək balığı hücumuna məruz qalıb. Köpək balığı qızın sağ ayağından dişləyərək ona ağır xəsarətlər yetirib. Zərərçəkən qısa müddətdə sudan çıxarılıb və qız kritik vəziyyətdə xəstəxanaya çatdırılıb.

Xəstəxana rəhbərliyi bildirib ki, hadisə yerində vaxtında göstərilən ilk yardım qızın həyatını xilas edib. Əks halda, o, çoxlu qan itirməsi nəticəsində həyatını itirə bilərdi. Lakin onun ayağı amputasiya olunub.

Digər hadisə bir gün əvvəl Jaboatan-dus-Quararapis şəhərində yerləşən Piedade çimərliyində qeydə alınıb. 11 yaşlı oğlan ailə üzvləri ilə birlikdə dənizdə olarkən köpək balığının hücumuna məruz qalıb.

Hücum nəticəsində uşağın sol ayağı ağır zədələnib və sonradan amputasiya olunub. Bundan əlavə, bədəninin sol hissəsində də ciddi xəsarətlər qeydə alınıb.

Yerli rəsmilər bildirir ki, Piedade çimərliyi uzun illərdir köpək balığı təhlükəsi ilə tanınır. Sahilboyu ərazilərdə dəniz yırtıcılarının aktivliyi barədə çoxsaylı xəbərdarlıq lövhələri quraşdırılıb.

Rəsmi statistikaya görə 1992-ci ildən bəri Pernambuku ştatında insanlara qarşı 83 köpək balığı hücumu qeydə alınıb. Son hadisə Piedade çimərliyində baş verən 24-cü hücum olub. 2026-cı ildə ştatda artıq üçüncü köpək balığı hücumu qeydə alınıb, cari ilin əvvəlində həmin sularda 13 yaşlı yeniyetmə köpək balığı hücumu nəticəsində həyatını itirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 258

Oxşar yazılar