Masallıda iki avtomobil toqquşdu-Xəsarət alanlar var -FOTO
19 fevral 2023 16:23 (UTC +04:00)

Masallıda iki avtomobil toqquşdu-Xəsarət alanlar var-FOTO

Fevralın 19-da saat 14 radələrində Masallı rayonunun Binə Xocavar kəndi ərazisində rayonun Çaxırlı kənd sakini K. Təhməzovun idarə etdiyi "Mercedes" markalı avtomobillə Balakən rayon sakini N.İsmayılovun idarə etdiyi digər bir "Mercedes" markalı avtomobil toqquşub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, qəza nəticəsində ümumilikdə 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

# 1809
avatar

Oxşar yazılar