Gəncədə 6 gün əvvəl avtomobillə vurulan piyada ölüb.
Lent.az xəbər verir ki, 36 yaşlı Ayaz Məmmədov müalicə olunduğu özəl xəstəxanada vəfat edib.
Qeyd edək ki, hadisə iyulun 24-də şəhərin Şah İsmayil Xətai prospektində baş verib. “Mercedes” markalı minik maşını yolu keçmək istəyən A.Məmmədovu vurub.(APA)