hakim Anar Sadıqov
27 noyabr 2025 10:20 (UTC +04:00)

hakim Anar Sadıqov

Məhkəmə: "Həbs olunan şəxs qardaşının anket məlumatlarından istifadə edib"

0

Bakı Ağır Cinayətlər Məhkəməsi xəbərə reaksiya verib.

Məhkəmədən Lent.az-a daxil olan məlumatda qeyd olunub ki, cinayət törətməyən şəxs barəsində ittiham hökmü çıxarılması barədə  məlumat həqiqəti əks etdirmir.

"Cinayəti törədən, barəsində həbs qətimkan tədbiri seçilən və ittiham hökmü çıxarılan şəxs fiziki olaraq Allahverdi Musa oğlu İsgəndərovdur. O həbs edilərkən ödənilməmiş məhkumluğu olduğu üçün qəsdən qardaşının anket məlumatlarından istifadə etmişdir". 

Bununla belə, rəsmi məlumatda qeyd olunub ki, Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarı ilə iş üzrə məhkəmə hökmü ləğv edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinə geri qaytarılıb. Şəxsin barəsində həbs qətimkan tədbiri qüvvəsində saxlanılıb,   təqsirləndirilən şəxsin anket məlumatlarının dəqiqləşdirilməsi üçün Ağır Cinayətlər Məhkəməsindən ilkin istintaqı aparmış quruma qaytarılıb. Hazırda həmin şəxs həbsdə saxlanılır, onun barəsində cinayət işi yenidən məhkəməyə veriləcək.

Eyni zamanda Bakı Apellyasiya Məhkəməsi tərəfindən müvafiq cinayət işinin ibtidai araşdırması üzrə məsul şəxslər barəsində də xüsusi qərar çıxarılaraq aidiyyəti üzrə istintaq qurumuna göndərilib.

***

26 noyabr, saat 23:03

Bakı Ağır Cinayətlər Məhkəməsində son illərin ən qeyri-adi məhkəmə qalmaqallarından birinə çevriləcək hadisə baş verib.

Lent.az "Haqqın.az"a istinadən xəbər verir ku, 39 yaşlı İsgəndər Musa oğlu İsgəndərov "cinayətini etiraf edib" və Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə (dələduzluq) məhkum olunub. 

Lakin sonradan məlum olub ki, cinayəti törədən əslində İsgəndər İsgəndərovun 30 yaşlı qardaşı Allahverən Musa oğlu İsgəndərov olub.

Hakim Anar Sadıqovun sədrlik etdiyi məhkəmə heyəti bu məlumatları nəzərə almayaraq, cəzanı böyük qardaşa verib və onu həbsə göndərib. 

İstintaq məlumatlarına görə, azadlıqda qalan kiçik qardaşın bacısı ilə mübahisəsi yaranıb. 

Bacısı cinayəti ilk gündən kimin törətdiyini bilsə də, yalnız kiçik qardaşı ilə mübahisədən sonra hüquq-mühafizə orqanlarına müraciət edib və həqiqəti deyib. Onun müraciəti prosesdə dönüş nöqtəsi olub və ölkəni tələsik tərk etməyə çalışan Allahverən İsgəndərov hava limanında saxlanılaraq dərhal istintaqa cəlb edilib.

Bundan sonra cinayət işinə rəhbərlik edən əvvəlki müstəntiq vəzifəsindən kənarlaşdırılıb.

Az sonra hakim Anar Sadıqov da istefa verdiyini elan edib və bunu "elmi və pedaqoji fəaliyyətlə məşğul olmaq istəyi" ilə əlaqələndirib.

Haqqin.az-ın mənbələrinin məlumatına görə, hakimin gedişinin əsas səbəbi İsgəndərov qardaşları ilə bağlı işin detallarının üzə çıxmasıdır.

Məlumata görə, məhkəmə heyətinin digər üzvləri Fəxri Məmmədov və Mahirə Kərimova barəsində də araşdırma başlanıb.

Məhkəmə-Hüquq Şurası məsələ ilə bağlı sorğunu cavablandırmayıb.

Sabiq hakim Anar Sadıqovun Azərbaycan Vəkillər Kollegiyasına üz tutduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2124

Oxşar yazılar