Bakıda hamamın kombiləri oğurlandı
29 sentyabr 2026 11:45 (UTC +04:00)

Bakıda hamamın kombiləri oğurlandı

0

Bakının Yasamal rayonunda oğurluq hadisəsi qeydə alınıb.

Lent.az xəbər verir ki, rayon ərazisində yerləşən hamamların birindən 5000 manat dəyərində 3 ədəd kombi aparatı oğurlanıb.

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Abdullazadə və əvvəllər məhkum olunmuş R.İsrafilov saxlanılıblar. Araşdırma zamanı E.Abdullazadənin Masallı rayonunda bir nəfəri aldadaraq 1450 manat pulunu ələ keçirdiyi də məlum olub.

Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 186

Oxşar yazılar