Mingəçevirdə 14 yaşlı oğlan qətl törətdi - YENİLƏNİB
22 noyabr 2025 23:46 (UTC +04:00)

Mingəçevirdə 14 yaşlı oğlan qətl törətdi - YENİLƏNİB

0

Noyabrın 22-də saat 22 radələrində 2008-ci il təvəllüdlü E. Sarıyev kəsici alətlə qətlə yetirilib.

Lent.az xəbər verir ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 14 yaşlı yeniyetmə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qətlə yetirilən məktəbli Mingəçevir şəhər İ. Kişiyev adına 17 nömrəli tam orta məktəbin şagirdi olub.

***

23:05

Mingəçevirdə məktəbli bıçaqlanıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, 2008-ci il təvəllüdlü  Sarıyev Elman Etibar oğlu kəsilmiş deşilmiş bıçaq xəsarətləri alıb. 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, məsələ ilə bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 348

Oxşar yazılar