Daxili İşlər Nazirliyinin şöbə rəisi  rüşvətə görə həbs olundu
22 noyabr 2025 19:02 (UTC +04:00)

Daxili İşlər Nazirliyinin şöbə rəisi rüşvətə görə həbs olundu

0

Rusiyanın Krasnoyarsk şəhərində Daxili İşlər Nazirliyinin regional baş idarəsinin Ekstremizmə Qarşı Mübarizə Mərkəzinin şöbə rəisi həbs edilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, istintaqın versiyasına görə, 2021-ci ildə vəzifəli şəxs rüşvət olaraq, 200 min rubl (təxminən 4258 manat) və “iPhone 11” markalı smartfon alıb. Pulu yerli sahibkar barəsində operativ-axtarış tədbirlərinin aparılmasından imtina edilməsi qarşılığında polis əməkdaşına verib.

Məhkəmə polis əməkdaşının iki ay müddətinə, 18 yanvar 2026-cı ilədək həbsdə saxlanılması barədə qərar qəbul edib. Təqsirləndirilən şəxs Krasnoyarskdakı təcridxanada saxlanılacaq.

Polis əməkdaşı artıq vəzifəsindən kənarlaşdırılıb. Günahı təsdiqlənəcəyi halda o, mənfi əsaslarla orqanlardan xaric ediləcək və bundan sonra cinayət məsuliyyətinə cəlb olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 242

Oxşar yazılar