Naxçıvanda ağır yol qəzası baş verib, 15-dən çox yaralı var.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində baş verib. Avtobus dərəyə aşıb, qəza nəticəsində 15 sərnişin və sürücü yaralanıb.
Hadisə yerinə polis və FHN əməkdaşları cəlb olunub.
Ətraflı məlumat veriləcək.