Naxçıvanda qəza - FOTO
19 fevral 2023 13:28 (UTC +04:00)

Naxçıvanda qəza - FOTO

Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Lent.az-ın xəbərinə görə, hadisə şəhərin mərkəzi prospektində baş verib.

"71-BB-883" dövlət nömrə nişanlı "Nissan" markalı avtomobil yolu keçən 1956-cı il təvəllüdlü Naxçıvan şəhər sakini Rəna Cəfərovanı vurub.

Daha sonra avtomobil yolun kənarında olan işıq dirəyinə dəyərək onu aşırıb.

Yaralı ağır vəziyyətdə Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.

 

 

 

# 2928
avatar

Oxşar yazılar