Oğlunun bıçaqladığı ata xəstəxanada dünyasını dəyişib.
Lent.az xəbər verir ki, Yevlaxın Havarlı kəndində 66 yaşlı kənd sakini Talıbov Hüsü Qara oğlunu ailə münaqişəsi zəminində 36 yaşlı oğlu bıçaqlayıb.
Avqustun 26-da baş verən hadisə nəticəsində 10-dan çox bıçaq yarası alan H. Talıbov xəstəxanaya yerləşdirilib. Reanimasiya şöbəsində müalicə alan xəstənin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır. (APA)