Zaqatalada qanunsuz sərnişin daşıyanlara qarşı REYD  - VİDEO
27 avqust 2025 16:54 (UTC +04:00)

Zaqatalada qanunsuz sərnişin daşıyanlara qarşı REYD - VİDEO

Zaqatalada qanunsuz sərnişindaşımaya qarşı tədbirlər keçirilib, qaydaları pozan şəxslər məsuliyyətə cəlb olunublar.

Lent.az xəbər verir ki, avtomobil nəqliyyatı ilə sərnişin daşımaya dair qanunvericiliyin tələblərinə daşıyıcılar tərəfindən riayət edilməsi məqsədilə Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən birgə profilaktik tədbirlər keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, tədbirlər zamanı nəqliyyat vasitələrinin reysqabağı texniki baxışdan keçməsi, sürücülərin tibbi müayinəsinin təşkili, eləcə də bu sahədə daşımalara icazə verən buraxılış vəsiqəsi və kartların mövcudluğu yoxlanılıb. Həmçinin sürücülərlə maarifləndirici söhbətlər aparılıb, bu sahədəki mövcud qaydalara riayət etmələrinin zəruriliyi vurğulanıb. Qayda pozuntusuna yol verən və müvafiq kateqoriyalı avtonəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxslər  inzibati məsuliyyətə cəlb olunublar. 

Baş verə biləcək xoşagəlməz halların qarşısının alınması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2266

Oxşar yazılar