Həbs edilən israilli vəziyyəti ağır olan anasını vəhşicəsinə döyüb.
Prokurorluq Aşkelondan olan 34 yaşlı israillini ağır yataq xəstəsi olan anasını vəhşicəsinə döyməkdə və cinsi təcavüzdə ittiham edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, ittihama görə, bir ay əvvəl o, anasının yanına gələrək, onun alt paltarını cırıb və əli ilə ona cinsi zorakılıq edib, qanaxmaya səbəb olub. Evdə olan baxıcı zərərçəkənə kömək edib.
Məlumata görə, ilkin insidentdən sonra Bronşteyn anasının evinə daxil olub, kilidi dəyişib və hadisə yerinə çağırılan baxıcını, daha sonra polisi içəri buraxmaqdan imtina edib. Onu həbs etmək üçün qapını sındırmaq lazım olub.
Həbs edildikdən sonra ona anasının evinə yaxınlaşmamaq barədə müvəqqəti qətimkan tədbiri seçilib, buna məhəl qoymayıb, azadlığa çıxandan az sonra geri qayıdıb və qadını vəhşicəsinə döyüb. Zərərçəkmiş ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib; xəstəxanada ona beyin qanaması diaqnozu qoyulub və tibbi səbəbli komaya salınıb.
Prokurorluq Bronşteynin həbsinin məhkəmə prosesinin sonuna qədər uzadılması barədə vəsatət qaldırır.