Oğuzda qətl hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə saat 8 radələrində Bayan kəndində qeydə alınıb. 47 yaşlı Zahidə Qəhrəmanova kəsici alətlə qətlə yetirilib.
Hadisəni törətməkdə şübhəli bilinən qadının oğlu, 15 yaşlı O.Q polis tərəfindən saxlanılıb.
Fakt üzrə araşdırma aparılır.