Alimlər həyatın hansı dövrlərində qocalmanın sürətləndiyini müəyyən etdi
15 noyabr 2025 17:43 (UTC +04:00)

Alimlər həyatın hansı dövrlərində qocalmanın sürətləndiyini müəyyən etdi

0

Qocalma prosesinin tədrici olmadığı üzə çıxıb, araşdırma insan həyatında iki kəskin sıçrayış olduğunu göstərib. İnsan orqanizminin qocalma prosesi həmişə asta şəkildə baş vermir. İki xüsusi yaş dövrü var ki, bu zaman orqanizmdə dəyişikliklər ən sürətli şəkildə gedir.

Lent.az bu yaşları təqdim edir:

Təxminən 44 və 60 yaşlarında. Araşdırma insan orqanizmində yaşla birlikdə baş verən molekulyar dəyişiklikləri öyrənib. Stenford Universitetinin genetik mütəxəssisi Maykl Snayderin sözlərinə görə, həmin dövrlər bir çox bioloji göstəricilərdə xüsusilə kəskin dəyişikliklərlə xarakterizə olunur. “Biz sadəcə yavaş-yavaş qocalmırıq elə dövrlər var ki, dəyişikliklər inanılmaz dərəcədə kəskin şəkildə baş verir”, - deyə Snayder izah edib. “40 yaşların ortaları və 60 yaşların əvvəli orqanizmimizdə mühüm transformasiyalar dövrüdür. Bu, analiz etdiyimiz bütün molekullara aiddir".

Araşdırma çərçivəsində alimlər bir neçə il ərzində mütəmadi olaraq bioloji nümunələr təqdim edən 108 yetkin iştirakçını müşahidə ediblər. Ümumilikdə RNA, zülal, lipid və dəri, ağız və burun mikrobiomuna aid 135 239 göstərici toplanıb. Hər bir iştirakçı orta hesabla 47 nümunə təqdim edib, bir nəfər isə 367 nümunə verib. Nəticədə analiz üçün 246 milyarddan çox məlumat əldə olunub.

Nəticələr göstərib ki, insan orqanizmində molekulyar dəyişikliklərin iki aydın zirvəsi var. Birinci 40 yaşların ortalarında, ikinci 60 yaşların əvvəlində.

40-44 yaş arasında müşahidə edilən zirvə lipid, alkoqol və kofein mübadiləsi, ürək-damar sistemi, dəri və əzələ funksiyaları ilə əlaqələndirilib. 60 yaş zirvəsi isə karbohidrat və kofein mübadiləsi, ürək-damar göstəriciləri, dəri və əzələlərin vəziyyəti, immun sistem və böyrəklərin fəaliyyəti ilə bağlı dəyişiklikləri əhatə edib. Alimlər bildirirlər ki, birinci zirvə qadınlarda menopoz dövrü ilə üst-üstə düşür, lakin dəyişikliklər kişilərdə də müşahidə olunub. Buna görə də tək səbəb menopoz deyil. Metabolomika üzrə mütəxəssis Syaotao Şenin sözlərinə görə, “ehtimal ki, hər iki cinsdə kəskin dəyişikliklərə səbəb olan başqa, daha mühüm mexanizmlər mövcuddur”.

Tədqiqat alimlərin 25-70 yaş arası nisbətən kiçik bir qrup üzərində işlədiyini göstərir. Bu səbəbdən qocalma prosesini daha dəqiq anlamaq üçün daha geniş iştirakçı kütləsi ilə aparılan əlavə tədqiqatlara ehtiyac var. Müəlliflərin fikrincə, bu “qocalma sıçrayışlarını” anlamaq ürək-damar xəstəlikləri, immun sistem problemləri və metabolik pozuntular da daxil olmaqla, yaşla bağlı xəstəliklərin qarşısının alınması və müalicəsi üçün daha effektiv metodların işlənib hazırlanmasına kömək edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 302

Oxşar yazılar