Oğuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib, iki nəfər xəsarət alıb.
Lent.az-ın məlumatına görə, qəza Qaraməryəm–İsmayıllı–Şəki magistral yolunun rayonun Calud kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "KIA" və VAZ-21012 markalı avtomobillər toqquşub. Nəticədə VAZ markalı avtomobildə olan Bərdə rayon sakinləri – 39 yaşlı Məzahir Şahnamazov və 30 yaşlı Məmi İmanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Vüqar Heydərov