Goranboyda hərbçi faciəvi şəkildə ölüb.
Lent.az xəbər verir ki, hadisə Gülüstan qəsəbəsində qeydə alınıb.
Müdafiə Nazirliyinin "N" saylı hərbi hissənin bölük komandiri, baş leytenant Biləsuvar rayon sakini, 32 yaşlı Əzimli İsmayıl Elman oğlu həmin qəsəbədə hündür qayadan yıxılaraq, ölüb.
Qeyd edək ki, İsmayıl Əzimli Vətən müharibəsi iştirakçısıdır və "Laçının azad olunmasına görə" medalı ilə təltif olunub. O, Birinci Qarabağ müharibəsi şəhidi Elman Məhərrəmovun oğludur.
Faktla bağlı araşdırma aparılır.


