Oyuncaq tapança  ilə mağazanı qarət etdi -HADİSƏ ANI
13 iyun 2026 17:49 (UTC +04:00)

Oyuncaq tapança ilə mağazanı qarət etdi -HADİSƏ ANI

0

Rusiyanın İrkutsk vilayətində oyuncaq tapança ilə mağazanı qarət edən saxlanılıb.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, 30 yaşlı kişi qara papaqlı gödəkçə ilə mağazaya daxil olub. O, 21 yaşlı satıcıya tapança tuşlayaraq kassadakı bütün pulu tələb edib. Qorxuya düşən satıcı 55 min rublu ona verib. Bundan sonra oğru hadisə yerindən qaçıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət axtarışı əməkdaşları şübhəlini qısa müddətdə müəyyən edərək saxlayıblar. Onun əvvəllər məhkum olunmuş yerli sakin olduğu müəyyən edilib.

Polisin yaydığı məlumatda bildirilir ki, saxlanılan şəxs törətdiyi əməli etiraf edib. O, oğurladığı pulu şəxsi ehtiyaclarına xərclədiyini, cinayət zamanı isə oyuncaq tapançadan istifadə etdiyini deyib. Hadisə ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci maddəsinin 2-ci hissəsi (quldurluq) ilə cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 214

Oxşar yazılar